Frank Lampard "Çelsi"nin 118 illik tarixinində ilk dörd matçını uduzan ilk baş məşqçi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Onun rəhbərliyi altında komanda bu günə qədər dörd oyun keçirib və hamısını uduzub.
Lampard ilk oyununda "Vulverhempton"a (0:1), daha sonra Çempionlar Liqasında "Real Madrid"ə (0:2), "Brighton" a (1:2) və Çempionlar Liqasının 1/4 finalının cavab oyununda" Real "a (0:2) məğlub olub və turniri tərk edib.