Rusiya Ukrayna ilə danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib.
Məlumata görə, Peskov üçtərəfli formatın davam etdirilməli olduğunu vurğulayıb və ABŞ-nin vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu qeyd edib. O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu səyləri yüksək qiymətləndirir.
Kremlin sözçüsü bildirib ki, hələlik konkret tarix və ya yer müəyyən edilməyib.