Azərbaycanın Təbriz şəhərindəki konsulu Ramil Rza oğlu İmranov yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi "X" sosial şəbəkə hesabında məlumat verilib.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, Ramil İmranov Culfa-Təbriz avtomagistralında, Mərənd qəsəbəsi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb. Hadisə nəticəsində diplomat həlak olub.
Xarici İşlər Nazirliyi baş vermiş faciə ilə bağlı dərin kədər hissi keçirdiyini qeyd edib.