Milli Məclisin buraxılması seçkilərin keçirilməsi Konstitusiyaya uyğundur - QƏRAR - YENİLƏNİB 2

Milli Məclisin buraxılması seçkilərin keçirilməsi Konstitusiyaya uyğundur - QƏRAR - YENİLƏNİB  2
27.06.2024 12:34
Aa
dəq

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

"Report"un xəbərinə görə, toplantıda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılıb.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.

***

Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ (Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusu) ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

***

Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, iclasda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda sorğuverən tərəfin nümayəndələri qismində Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak edirlər.

Həftənin ən çox oxunanları

MSK növbədənkənar parlament seçkilərinə start verir

MSK növbədənkənar parlament seçkilərinə start verir
DAVAMIN OXU davamın oxu

Azərbaycanda bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Azərbaycanda bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib
DAVAMIN OXU davamın oxu

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb
DAVAMIN OXU davamın oxu

İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək

İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərdə bir sıra investisiya layihələrinin həyata keçirilməsi təklif edilib

Azad edilmiş ərazilərdə bir sıra investisiya layihələrinin həyata keçirilməsi təklif edilib
DAVAMIN OXU davamın oxu