Operativ Məlumat Mərkəzi

Konfrans Liqası: "Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq

1 dəq
Paylaş:
Konfrans Liqası: "Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq
"Zirə" Xorvatiyada "Osiyek" komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq. "Operativ...

"Zirə" Xorvatiyada "Osiyek" komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Bakı klubunun futbolçusu Salifu Suma sözügedən matçda iştirak edə bilməyəcək.

Buna 21 yaşlı hücumçunun cəzasının davam etməsi səbəb olub.

Bakıda Moldovanın "Şerif" kollektivinə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə birbaşa qırmızı vərəqə alan forvard üç oyunluq diskvalifikasiya edilmişdi. O, Konfrans Liqasında Slovakiyanın “DAK 1904” komandasına qalib gəldikləri hər iki qarşılaşmanı (4:0, 2:1) da buraxıb.

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər