Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin ABŞ və İsrailə çağırış etdi: İrana hücumları dərhal dayandırın

1 dəq
Paylaş:
Çin ABŞ və İsrailə çağırış etdi: İrana hücumları dərhal dayandırın

Xalq Respublikası ABŞ və İsraildən İrana qarşı həyata keçirilən hücumları dayandırmağı tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

Xarici siyasət idarəsinin bəyanatında qeyd olunur ki, rəsmi Pekin baş verən zərbələrlə bağlı ciddi narahatlıq keçirir.

"Biz hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq. Yaxın Şərqdə və sabitliyi qorumaq üçün gərginliyin daha da artmasının qarşısı alınmalı, dialoq və danışıqlar bərpa edilməlidir" - deyə sənəddə bildirilir.

Nazirlik həmçinin vurğulayıb ki, Çin İran İslam Respublikasının milli suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasını zəruri hesab edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax