Şimali Koreya lideri Kim Çen In Ukraynadakı münaqişə zamanı "intihar hücumları" həyata keçirən hərbçilərini iki dəfə xüsusi olaraq xatırladıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veBu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Hadisə Kursk vilayətindəki döyüşlərdə iştirak etmiş şimali koreyalıların xatirəsinə həsr olunmuş memorialın açılış mərasimində baş verib.
Çıxışı zamanı dövlət başçısı həmin əsgərləri böyük şərəfi qorumaq naminə tərəddüd etmədən özünü məhv etməyi seçən qəhrəmanlar adlandırıb.
O əlavə edib ki, bu hərbçilər misilsiz şücaətlər göstərsələr də, heç bir maddi qarşılıq gözləməyiblər.
Daha əvvəl verilən bəyanatlarda Kim Çen In Kursk vilayətinin azad edilməsi əməliyyatını Rusiya və KXDR hərbçiləri arasında döyüş qarşılıqlı fəaliyyətinin misilsiz nümunəsi kimi dəyərləndirmişdi.
Onun sözlərinə görə, xatirə muzeyinin yaradılması həlak olan döyüşçülərin yaddaşlarda əbədiləşdirilməsinə və onların xidmətlərinin simvoluna çevrilməsinə xidmət etməlidir.