Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev: Şəhərlərimiz modernləşir

2 dəq
Paylaş:
Hikmət Hacıyev: Şəhərlərimiz modernləşir

WUF13-ün əhəmiyyətinə və Azərbaycanda keçirilməsini şərtləndirən amillərə gəldikdə, ilk növbədə, Prezidentin dünən tədbirin açılışında qeyd etdiyi tezislərə mən bir daha da toxunmaq istərdim. Birincisi, tərəfindən o məqam xüsusilə vurğulandı ki, xalqının zəngin şəhərsalma mədəniyyəti var. Azərbaycanda şəhərlərin yaradılması eramızdan əvvəlki dövrlərə gedib çıxır. Burada qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhəri, həmçinin Naxçıvan şəhəri və Azərbaycanın digər qədim şəhərlərini, o cümlədən də orta əsr Azərbaycan şəhərlərini qeyd etmək olar. Bu zəngin ənənələr və təcrübələr əsasında bu gün Azərbaycanda da müasir inkişaf edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri deyib.

Hikmət Hacıyev, həmçinin vurğulayıb: “Azərbaycan şəhərlərin inkişafı prosesində modernləşdirilmə ilə tarixi ənənələri qoruyur. Bu gün paytaxt Bakı bunun ən gözəl nümunəsidir və dünya miqyasında da bu qəbul olunur. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycanın, o cümlədən Bakı şəhərinin bir neçə istiqamətdə olan tarixi obyektləri daxil edilmişdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax