Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev: Azərbaycan qonşularla dostluq münasibəti qurub

2 dəq
Paylaş:
Hikmət Hacıyev: Azərbaycan qonşularla dostluq münasibəti qurub

müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.

"30 il ərzində Qarabağ müharibə, münaqişə və qan tökülməsi ilə assosiasiya olunurdu. Lakin, Xocalı soyqırımı da daxil olmaqla, keçmişin faciələrinin xatirəsini qoruyaraq biz gələcəyə – Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın dinc gələcəyinə baxırıq", - o bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz xarici siyasətində bütün qonşuları ilə mehriban qonşuluq və dinc münasibətlərə həmişə üstünlük verib.

"Ancaq biz Ermənistanla münaqişə vəziyyətində olduğumuz üçün bu prioriteti tam olaraq reallaşdırmaq mümkün olmurdu. Lakin bu gün deyə bilərəm ki, Azərbaycanın da daxil olmaqla bütün qonşuları ilə dostluq və mehriban qonşuluq münasibətləri qurulub", - o vurğulayıb.

H.Hacıyev qeyd edib ki, sülh - diplomatik səylər tələb edən mürəkkəb və uzun bir yoldur.

"Azərbaycan hökuməti belə bir diplomatik cəsarət nümayiş etdirdi və Ermənistana sülh əlini uzatdı", - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax