Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Barak Obamanın rəsmi İnstaqram hesabı haker hücumuna məruz qalıb

2 dəq
Paylaş:
Barak Obamanın rəsmi İnstaqram hesabı haker hücumuna məruz qalıb

ABŞ-nin keçmiş prezidenti Obamanın prezidentlik dönəmində istifadə rəsmi İnstaqram hesabı kiberhücumla üzləşib. "Operativ Məlumat Mərkəzi-OMM"-in TMZ portalına istinadən verdiyi məlumata görə, bazar günü səhifədə şübhəli paylaşımlar müşahidə edilib.

Məlum olub ki, hesaba daxil olaraq bir neçə paylaşım ediblər. Bunların arasında texnologiyası ilə yaradılmış və üzərində fars dilində "Ağ Ev şiələrin nəzarəti altındadır" yazısı olan şəkil də yer alıb.

Məsələ ilə bağlı açıqlama verən Meta şirkətinin nümayəndəsi hesabın sındırıldığını təsdiqləyib. Şirkətdən bildirilib ki, hazırda səhifə üzərində nəzarət tam bərpa edilib və müvafiq tədbirləri həyata keçirilib.

Xatırladaq ki, Barak Obamanın sözügedən hesabında sonuncu rəsmi paylaşım 2017-ci il yanvarın 20-də, yəni onun prezidentlik səlahiyyətlərinin başa çatdığı gün edilmişdi. Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilməyib və araşdırmalar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax