Operativ Məlumat Mərkəzi

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

1 dəq
Paylaş:
Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov işdən çıxıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in əldə...

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov işdən çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, onun yerinə Seymur Səfərli təyin edilib.

Yeni şöbə müdiri Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsil alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, indiyə qədər nazirliyin Elmi Tədqiqat Eroziya və Suvarma İnstitunda elmi işçi, laboratoriya müdiri, şöbə müdiri və direktor vəzifələrində çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər