Keçmiş nazir: "Fəaliyyətim dönəmindəki pozuntularla bağlı qanun çərçivəsində qiymət verilib"

Keçmiş nazir: "Fəaliyyətim dönəmindəki pozuntularla bağlı qanun çərçivəsində qiymət verilib"
10.04.2023 16:02
Aa
dəq

"Fəaliyyətim dönəmindəki qanun pozuntuları ilə bağlı elə qanun çərçivəsində qiymət verilib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev fəaliyyəti dövründəki nöqsanlarla bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, günahkarlar öz cəzasını çəkiblər:

"Bu, təbii prosesdir. Ölkədə bu cür məsələlərlə bağlı mübarizə gedir".

Keçmiş nazir düşünür ki, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün işlər görülməlidir:

"Prezident İlham Əliyev və Mehriban Əliyevanın diqqəti sayəsində mədəniyyət sahəsi daha da inkişaf edəcək".

"İndi müəllim kimi fəaliyyət göstərirəm, baş verən yenilikləri də izləyirəm. Əminəm ki, yeni təyin olunmuş şəxslər buna layiqdirlər və onlar var qüvvə ilə çalışmalıdırlar. İndiki dövrdə Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün işlər görülməlidir", - o, əlavə edib.

Həftənin ən çox oxunanları