Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tokayev Paşinyanı təbrik etdi

2 dəq
Paylaş:
Tokayev Paşinyanı təbrik etdi

Prezidenti Ermənistanın vəzifəsinə yenidən təyin olunan Nikol Paşinyana göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tokayev Paşinyana göstərilən yüksək etimadın onun dövlət postunda həyata keçirdiyi fəaliyyətin nəticəsi olduğunu bildirib.

Qeyd olunub ki, Qazaxıstan lideri bu təyinatı Paşinyanın vətəndaşlarının rifahının yüksəldilməsi və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsinə yönəlmiş siyasi kursuna verilən dəstəyin göstəricisi kimi qiymətləndirib.

Bildirilib ki, Tokayev Paşinyanı Ermənistan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın inkişafında maraqlı olan dövlət xadimi kimi dəyərləndirib.

Qazaxıstan Prezidenti iki ölkə arasında çoxşaxəli əlaqələrin birgə səylər nəticəsində daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə edib.

Xatırladılıb ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqan Xaçaturyan “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyanı baş nazir vəzifəsinə təyin edib.

Parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası 49,74 faiz səs toplayaraq parlamentdə çoxluğu əldə edib. Parlamentə həmçinin “Güclü Ermənistan” və “Ermənistan” blokları daxil olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax