Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə danışdı

2 dəq
Paylaş:
Ceyhun Bayramov iordaniyalı həmkarı ilə danışdı

Bu gün naziri ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, naziri Ayman Əl-Səfadi arasında aparılıb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.

Tərəflər regional mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildirib, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax