Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Araqçi ilə Bayramov Naxçıvana hücumu müzakirə etdi

2 dəq
Paylaş:
Araqçi ilə Bayramov Naxçıvana hücumu müzakirə etdi

İranın naziri Seyid Abbas Araqçi ilə Azərbaycanın naziri arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər iki ölkə arasında münasibətləri və bölgədə baş verən son hadisələri müzakirə ediblər. Araqçi İran İslam Respublikasının Azərbaycanla yaxşı qonşuluq siyasətinə sadiq olduğunu bildirərək, Tehranının Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

İran XİN rəhbəri bu gün Naxçıvan Muxtar Respublikasında baş verən partlayışlara da münasibət bildirib. O, İrandan Naxçıvana doğru hər hansı mərminin atılması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Araqçi əlavə edib ki, İranın silahlı qüvvələri məsələ ilə bağlı zəruri araşdırma və yoxlamalar aparır.

Nazir həmçinin bu cür hücumların arxasında İsrail rejiminin dayana biləcəyini iddia , bunun ictimai rəyi yayındırmaq və İranın qonşu ölkələrlə münasibətlərinə xələl gətirmək məqsədi daşıdığını bildirib. O qeyd edib ki, son günlər buna bənzər halların başqa nümunələri də müşahidə olunub.

Araqçi hadisə nəticəsində bir neçə nəfərin yaralanmasından təəssüfünü ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax