İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasına qarşı mübarizə məqsədilə Livanın cənubunda məhdud hərbi əməliyyat keçirdiyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında bildirilib.
"İsrail Müdafiə Ordusunun qoşunları Livanın cənubunda "Hizbullah"ın məntəqələrinə qarşı məhdud və məqsədyönlü quru əməliyyatlarına başlayıb", - məlumatda qeyd olunub.
Mətbuat xidmətindən bildirilib ki, əməliyyat Livanın cənub bölgəsində fəaliyyət göstərən qruplaşmanın infrastrukturunun məhv edilməsi üzrə tədbirlərin bir hissəsidir.