Əsas məzmuna keç

Britaniyalı diplomatlara ölkəni tərk etmək üçün 7 gün vaxt verdilər

Britaniyalı diplomatlara ölkəni tərk etmək üçün 7 gün vaxt verdilər

Gideon Saar Şərqi Qüdsdəki konsulluğun bağlanmasını əmr etdi. İordan çayının qərb sahilindəki ticarət qadağası fonunda İsrail və London arasında gərginlik artır.

ru en

İsrailin Ramallahda fəaliyyət göstərən britaniyalı diplomatlara, həmçinin ölkənin cənubundakı Kiryat Qat şəhərində yerləşən Qəzza Koordinasiya Mərkəzindəki Britaniya nümayəndələrinə tərk etmələri üçün 7 gün vaxt verdiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlumata görə, İsrailin naziri işğal altındakı Qüdsdə yerləşən Britaniya konsulluğunun bağlanması barədə qərar qəbul edib. Konsulluğun 30 gün ərzində fəaliyyətini dayandırması tələb olunur.

İsrailin bu qərarı Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən məhsulların idxalına qadağa qoymasından sonra iki ölkə arasında yaranan diplomatik gərginlik fonunda qəbul edilib.

Qeyd edək ki, Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyanın xarici işlər nazirləri birgə yazılı bəyanat yayaraq İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətinə məhdudiyyətlər tətbiq edəcəklərini açıqlayıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…