Operativ Məlumat Mərkəzi

İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb

1 dəq
Paylaş:
İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb
İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb. "Operativ Məlumat Mərkəzi-OMM" "Yedioth Ahronoth" qəzetinə istinadən verdiyi...

İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Yedioth Ahronoth" qəzetinə istinadən verdiyi məlumata görə, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail ordusunun daha 3 əsgəri həlak olub, 5-i isə ağır yaralanıb.

Anklavın mərkəzində döyüşdə 33 yaşlı baş çavuş Maor Lavi, şimalında 26 yaşlı mayor Şay Şamriz və 26 yaşlı kapitan Şaul Qrinqlik öldürülüb.

Yaralı 5 əsgər ağır vəziyyətdə İsrail xəstəxanalarına aparılıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrailin Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatına başladığı gündən həlak olan hərbçilərin sayı 161-ə çatıb.

Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsindən bəri İsrail hərbçiləri arasında qurbanların ümumi sayı 495 nəfər olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər