Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail HƏMAS-ın silahçısını məhv etdi

1 dəq
Paylaş:
İsrail HƏMAS-ın silahçısını məhv etdi

İsrail Müdafiə Ordusu, radikal HƏMAS hərəkatı üçün silah qaçaqmalçılığı ilə məşğul olan Əli Əhməd Əli Əmrainin öldürüldüyünü açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail ordusunun məlumat yayıb. Bildirilib ki, aprelin 4-də Qəzza zolağının mərkəzi hissəsinə endirilən zərbə nəticəsində məhv edilib.

İsrail ordusunun məlumatına görə, o, hücumlar zamanı istifadə olunan müxtəlif növ silahların HƏMAS üçün tədarükü ilə məşğul olub.

"İsrail Müdafiə Ordusu qüvvələrinə qarşı təhdidi aradan qaldırmaq məqsədilə zərbə endirib və döyüşçünü öldürüb", - rəsmi məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax