Qarışıq döyüş növləri üzrə (MMA) rusiyalı döyüşçü İslam Maxaçev Filadelfiyada keçirilən "UFC 330" turnirinin əsas döyüşündə irlandiyalı İen Qerri üzərində qələbə qazanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, beş raundun yekunlarına əsasən hakimlərin yekdil qərarı ilə qələbə rusiyalıya verilib.
Nəticədə 34 yaşlı Maxaçev yarımorta çəkidə UFC çempionu titulunu qoruyub.
O, 2025-ci ilin noyabrında Cek Della Maddalenaya qalib gələrək kəmərin sahibi olmuşdu.
İndi 29 yaşlı Maxaçevin MMA-da 29 qələbəsi və bir məğlubiyyəti var. 17 qələbəsi olan 28 yaşlı Qerri isə ikinci döyüşünü uduzub.