İraq İraq və Suriya arasındakı Əl-Vəlid sərhəd keçid məntəqəsindən neft ixracına başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əl-Vəlid bölgəsinin rəhbəri Mücahid əl-Duleymi İraq xəbər agentliyi INA-ya bildirib: "Bu gün İraq və Suriya arasındakı Əl-Vəlid sərhəd keçid məntəqəsinin neft tankerlərinin girişi üçün sınaq açılışı baş tutub".
O əlavə edib ki, hazırda 150-dən çox neft tankeri Suriyaya girmək üçün gözləyir. İraq hakimiyyəti ümid edir ki, orta hesabla hər gün ən azı 500 tanker bu keçid məntəqəsindən keçəcək.
"Reuters" agentliyinin 31 martda verdiyi məlumata görə, İraqın dövlətə məxsus neft ticarəti şirkəti SOMO aprel-iyun aylarında Suriya ərazisindən yük maşını ilə quru yolu ilə daşınması üçün ayda təxminən 650.000 metrik ton yanacaq yağı tədarük etmək üçün müqavilələr bağlayıb.