Operativ Məlumat Mərkəzi

İraq lideri Azərbaycan Prezidentini təbrik edib

1 dəq
Paylaş:
İraq lideri Azərbaycan Prezidentini təbrik edib
məktubda deyilir: "Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük...

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər