İranın xarici işlər naziri Abbas Araqçı ölkənin ali liderinin səhhəti barədə yayılan məlumatlara aydınlıq gətirib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, "Al Jazeera" telekanalına müsahibə verən nazir bildirib ki, ali lider tamamilə sağlamdır və vəziyyətə tam nəzarət edir.
Araqçının sözlərinə görə, liderin səhhəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur:
"Məndə olan məlumata görə, onda yalnız yüngül zədələr olub və o, hazırda tamamilə sağlamdır".
Nazir vurğulayıb ki, bu məlumatlar tam dürüstür və lider öz xidməti vəzifələrini yerinə yetirməkdədir.
Qeyd edək ki, bundan əvvəl "Reuters" agentliyi ali liderin ABŞ və İsrailə qarşı kəskin mövqe nümayiş etdirdiyini və müharibəni dayandırmaq niyyətində olmadığını iddia etmişdi.
Mənbələr onun bu iki ölkəyə münasibətinin "çox sərt və ciddi" olduğunu, həmçinin qisas almaq niyyətində olduğunu bildirmişdilər.