“İranla münasibətlər dostluqdan müttəfiqliyə kimi yüksəlməlidir”- AÇIQLAMA

“İranla münasibətlər dostluqdan müttəfiqliyə kimi yüksəlməlidir”- AÇIQLAMA
15.07.2024 20:08
Aa
dəq

Azərbaycan və İran münasibətləri çox dərin tarixi köklərə bağlıdır. Bizi İranla eyni din, məzhəb, mədəniyyət və bir çox qonşuluq əlaqələri bağlayır. Zaman-zaman İranla olan münasibətlərdə eniş-yoxuşlu mərhələləri də keçmişik. Bir çox hallarda həmin o mənfi tendensiyaları da hər iki ölkə siyasi iradə göstərərək, çətin zamanları aşmağı da bacarıb.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

"Digər məsələ, biz İranla yaxın qonşuyuq və İranla əsas problemimiz İranın anlaşılmaz mövqeyi və bir çox hallarda Ermənistanı dəstəklədiyinin şahidi olmuşuq. Bu mənada Azərbaycan öz konkret münasibətini bildirib. Bu hallar hətta 30 ilə yaxın işğal dövründə də bir neçə mərhələdə özünü göstərib və o vaxtlar da, münasibətlərin tənzimləyici formasını tapmışdıq. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə çox çətin sınaqlardan keçdik. İran siyasətində çox aqressiv şəkildə yürüməyə başladı, Azərbaycanla münasibətdə konkret öz güclü qətiyyətini ortaya qoydu.

Bu münasibətlərin soyuqlaşmasında son nöqtəni ölkəmizin İrandakı səfirliyinə terror hücumu ilə bağlı oldu və bu hücum nəticəsində Azərbaycan səfirliyi bağlanmağa məcbur oldu. Azərbaycan öz işçilərini geri çağırdı və İran dövlətindən dəqiq və düzgün araşdırma aparılması, terrorçunu, onu sifariş verənlərin arxasında dayananların tapılması və ən ağır cəzanın verilməsini gözlədi".

Millət vəkili qeyd etdi ki, son zamanlar bu mənada İran konkret addımları atdı.

"Etiraf edək ki, burada İran Azərbaycanın tələblərinə baxdı, terrorçuya ölüm hökmü verilməsi Azərbaycanın mövqeyinə isti yanaşması təbii olaraq münasibətlərimizdə yumşalmağa gətirib çıxardı. Bu həm iki ölkə arasında, həm də bölgə üçün önəmli məsələ kimi də qeyd edilməlidir.

Uzun müddət idi ki, İranda səfirliyimiz fəaliyyət göstərmirdi və İranın mərhum prezidenti ilə cənab İlham Əliyevin sərhəddə görüşü və görüşdən çox yaxşı nəticələr də almağımız artıq bizi pozitiv düşünməyə məcbur etdi. Belə də oldu.

“Artıq İranda gözəl ərazidə yeni səfirliyin inşa edilməsi və səfirliyimizin fəaliyyətə başlamasını eşitməyimiz təbii ki, hər birimizi sevindirdi”.

Deputatın sözlərinə görə, İranda artıq yeni dönəm başlayır. Pezeşkianın rəhbərliyi altında İran dövləti və hökuməti Azərbaycanla münasibətlərə daha isti baxması iki qonşu və dost dövlət olaraq bir çox regional məsələlərdə mövqelərin uzlaşdırılması həm gələcək Azərbaycan və İranın milli baxışında, həm də strategiyasında önəmli yer tutmalı olduğunu qeyd edib.

"Biz yaxın qonşu olaraq bölgədə digər güclərin peyda olmasına, güclənməsinə imkan verməmək, iki ölkə arasında münasibətlərin sadecə dostluqdan müttəfiqliyə kimi çatmasına çalışmalıyıq.

Biz bölgədə qonşu dövlətlərik və öz aramızda münasibətləri özümüz həll etməliyik və bura digər güclərin daxil olub, hər hansısa bir mənada qeyri-konstruktiv mövqe göstərməsinə birgə etiraz etməliyik. Bu, həm iki ölkə üçün, həm də bölgə üçün önəmli addım olmalıdır. Burada təbii ki, hazırda Ermənistanda baş verən hadisələr, Ermənistanın qərbyönümlü keçmiş kəşfiyyatçıların ölkəyə dəvət olunması, hazırda jandarm qüvvələrin orada mövcudluğu İranın da milli maraqlarına ziddir.

Bu mənada qonşu dövlət olan Ermənistan da bölgədəki yaranmış siyasi palitrada düzgün mövqe tutmalıdır.

Düşünürük ki, tək Azərbaycan-Türkiyə yox İran, Gürcüstan, Rusiya da bu mənada Ermənistana təzyiqi artırmalı, bölgədə hər hansısa yeni xarici qüvvələrin aktivləşməsinə icazə verməməlidir.

Fikrimcə, Azərbaycan və İran bu mənada yaxşı nümunə ortaya qoya bilər və səfirliyimizin yeni fəaliyyətə başlaması ona bütün lazımi beynəlxalq konvensiyalara uyğun şəraitin yaradılması İranın öhdəliyidir. Ümid edirik ki, qonşu dövlət bu mənada çox vacib lazımi addımları atacaq və iki ölkə arasındakı münasibətlər zaman ötdükcə ən yaxşı formada inkişaf edəcəkdir".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu