Sərhəddə narkotik keçirənlərə qarşı silah tətbiq olunub

Sərhəddə narkotik  keçirənlərə qarşı silah tətbiq olunub
22.06.2023 13:03
Aa
dəq

İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. Sərhəd pozucuları üzərindəki bağlamaları atıb, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kq 760 qram narkotik vasitə (10 kq 705 qram marixuana, 2 kq 55 qram tiryək) aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu