Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanılıb

1 dəq
Paylaş:
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanılıb
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb. Araşdırma...

Dövlət Sərhəd Xidmətinin "Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər