İran İslam Respublikası Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari İranın ABŞ və İsrail təslim olduqlarını elan edənə qədər döyüşləri davam etdirəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Zülfəqari isə Amerika və İsrail hakimiyyət orqanlarına müraciət edərək, “bu müharibə sizin tam rüsvayçılığınıza, məğlubiyyətinizə və təslim olmağınıza qədər davam edəcək”, – deyə vurğulayıb.
Qeyd edək ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp yaxın iki-üç həftə ərzində Amerika ordusunun İrana qarşı güclü zərbələr endirəcəyini və ölkəni yenidən “Daş dövrünə” qaytaracağını bildirib.