İran nüvə silahına sahib olmağa çalışmayacağını bir daha bəyan edib.
Redaktor.azxəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali RIA Novosti agentliyinə müsahibəsində danışıb.
Diplomat bildirib ki, İran nümayəndələri dəfələrlə bəyan ediblər ki, ölkənin təhlükəsizlik doktrinasına və İranın ali lideri Əli Xamenei tərəfindən verilən fətvaya əsasən, Tehran heç vaxt nüvə silahı əldə etməyə çalışmayacaq.
Kazım Cəlali əlavə edib ki, İslam Respublikası "Treaty on the Non‑Proliferation of Nuclear Weapons" müqaviləsinin sadiq üzvüdür.
Səfirin sözlərinə görə, İranın dinc məqsədli nüvə proqramı mövcuddur və ölkə bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti inandırmaqda heç bir problem görmür.