İran Türkiyənin azərbaycanlılara yardım etməsinə icazə vermədi

İran Türkiyənin azərbaycanlılara yardım etməsinə icazə vermədi
31.01.2023 14:50
Aa
dəq

İran Türkiyə "Kızılay" təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə "Amerikanın Səsi" radiosunun jurnalisti Ali Rza Kuluncu tviter səhifəsində yazıb.

 "İran rəsmiləri Xoy zəlzələsindən sonra Türkiyə "Kızılay"ının yardım təklifindən imtina edib. Keçmişdə, xüsusən türklərin yaşadığı bölgələrdəki zəlzələlər mövzusunda İran dövlətinin həm bacarıqsızlığına, həm də diskriminativ siyasət yürütdüyünə çox şahid olmuşuq", - deyə jurnalist bildirib.

Qeyd edək ki, bu yaxınlarda Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində böyük dağıntılar olub, 3 nəfər həyatını itirib, 1200-dan çox sakin isə yaralanıb. Dağıdıcı zəlzələ səbəbindən minlərlə azərbaycanlı evsiz qalıb.

Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib.

 

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu