Operativ Məlumat Mərkəzi

İran Türkiyənin azərbaycanlılara yardım etməsinə icazə vermədi

2 dəq
Paylaş:
İran Türkiyənin azərbaycanlılara yardım etməsinə icazə vermədi

İran "" təşkilatının Xoyda baş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə "Amerikanın Səsi" radiosunun jurnalisti Ali Rza Kuluncu tviter səhifəsində yazıb.

"İran rəsmiləri Xoy zəlzələsindən sonra Türkiyə "Kızılay" yardım təklifindən imtina edib. Keçmişdə, xüsusən türklərin yaşadığı bölgələrdəki zəlzələlər mövzusunda İran dövlətinin həm bacarıqsızlığına, həm də diskriminativ siyasət yürütdüyünə çox şahid olmuşuq", - deyə jurnalist bildirib.

Qeyd edək ki, bu yaxınlarda ostanının Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində böyük dağıntılar olub, 3 nəfər həyatını itirib, 1200-dan çox sakin isə yaralanıb. Dağıdıcı zəlzələ səbəbindən minlərlə azərbaycanlı evsiz qalıb.

Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax