İranın xarici işlər naziri Abbas Araqçı Yaponiyada baş verən güclü zəlzələ ilə bağlı rəsmi açıqlama yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Araqçı təbii fəlakət nəticəsində baş verən insan itkiləri və dağıntılarla əlaqədar Yaponiya xalqına və rəsmi Tokioya başsağlığı verib.
İranlı nazir zəlzələnin ağır nəticələrindən kədərləndiyini bildirib və həlak olanların ailələrinə səbir diləyib.
Məlumata görə, Yaponiyada baş verən güclü yeraltı təkanlar ölkənin bir sıra bölgələrində dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində insan tələfatı qeydə alınıb.
Hazırda xilasetmə qrupları zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.