İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Bəqai ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi təcavüzün terror fəaliyyəti ilə müşayiət olunduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
“Bu, normal və ya ənənəvi müharibə deyil. Bu, terror fəaliyyəti ilə müharibənin birləşməsidir. Onlar liderlərimizi, komandirlərimizi, hətta vəzifədə olmayan şəxsləri belə hədəfə alıblar. Bu, İran xalqına zorla qəbul etdirilən ədalətsiz bir müharibədir. Buna görə də qətiyyətlə müqavimət göstərməkdən başqa seçimimiz yoxdur”, – deyə açıqlamada qeyd olunub.