Rusiyanın “Vedomosti” qəzeti İranın mövqeyi ilə bağlı açıqlama yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, nəşr İranın Moskvadakı səfiri Kazım Cəlaliyə istinadən bildirib ki, İran yeni hüquqi çərçivə çərçivəsində Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edir.
Səfir qeyd edib ki, “İran keçid təhlükəsizliyini təmin edir. Təhlükəsizlik tədbirlərinə və Hörmüz boğazının hüquqi rejiminə əsasən, gəmilər buradan sərbəst keçə bilər”.
Cəlali əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı hücumları rejim dəyişikliyinə nail ola bilməyib. Onun sözlərinə görə, İslam Respublikası bu hadisələrdən sonra daha da birləşib.