İran tərəfindən Qətərin strateji enerji obyektlərinə zərbə endirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Qətərin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Bir pilotsuz uçuş aparatı (PUA) "Mesaieed" elektrik stansiyasına məxsus su anbarını, digəri isə "QatarEnergy" şirkətinin strukturuna daxil olan Ras-Laffan sənaye şəhərindəki enerji obyektlərindən birini vurub", - məlumatda bildirilib.
Qurumun məlumatına görə, hücum nəticəsində dəyən ziyan və itkilər Qətərin müvafiq orqanları tərəfindən qiymətləndiriləcək.