Əsas məzmuna keç

ABŞ hücumları beynəlxalq hüququ pozur – İran XİN

ABŞ hücumları beynəlxalq hüququ pozur – İran XİN

Tehran administrasiyası BMT Nizamnaməsinə istinad edərək, Vaşinqtonun hərbi zərbələrinə qarşı sərt cavab tədbirləri gördüyünü və suverenliyini qoruyacağını açıqlayıb.

ru en

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubundakı bəzi bölgələrə endirdiyi zərbələrin hüququn açıq şəkildə pozulması olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin yazılı açıqlamasında ABŞ-nin son hücumlarının BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə və dövlətlər arasında güc tətbiqini qadağan edən əsas hüquq prinsipinə zidd olduğu vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hücumlar İranın milli suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlib.

administrasiyası özünümüdafiə çərçivəsində hücumların mənbəyi hesab edilən bölgədə yerləşən ABŞ hərbi bazaları və qüvvələrinə cavab tədbirləri gördüyünü bildirib.

İran eyni zamanda region ölkələrini öz ərazilərinin İrana qarşı hücumların planlaşdırılması və dəstəklənməsi məqsədilə istifadə olunmasına imkan verməməyə çağırıb.

Xarici İşlər Nazirliyi BMT Şurası və BMT Baş katibini beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində məsuliyyətlərini yerinə yetirməyə, həmçinin hücumların təşkilatçılarının cavabdehliyə cəlb olunmasını təmin etməyə səsləyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…