Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran və Rusiya neft yataqlarının işlənilməsi üzrə danışıqları yekunlaşdırır

1 dəq
Paylaş:
İran və Rusiya neft yataqlarının işlənilməsi üzrə danışıqları yekunlaşdırır

İranın naziri ölkənin ən böyük və ortaq neft yataqlarından birinin işlənilməsinin Rusiyaya həvalə edilməsi ilə bağlı danışıqların son mərhələyə qədər irəlilədiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” İRNA agentliyinə istinadən xəbər verir ki, tərəflər arasında sahəsində strateji tərəfdaşlıq çərçivəsində mühüm addımlar atılır.

İri neft yataqlarının istismarı üçün şirkətləri ilə razılaşmalar yekunlaşmaq üzrədir. İki ölkə arasında təbii qazın idxalına dair müqavilənin imzalanması istiqamətində ciddi irəliləyiş əldə olunub.

Nazir qeyd edib ki, bu hər iki ölkənin enerji təhlükəsizliyi və iqtisadi maraqlarına xidmət edəcək. Hazırda texniki detalların dəqiqləşdirilməsi prosesi davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax