İranın neft naziri ölkənin ən böyük və ortaq neft yataqlarından birinin işlənilməsinin Rusiyaya həvalə edilməsi ilə bağlı danışıqların son mərhələyə qədər irəlilədiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” İRNA agentliyinə istinadən xəbər verir ki, tərəflər arasında enerji sahəsində strateji tərəfdaşlıq çərçivəsində mühüm addımlar atılır.
İri neft yataqlarının istismarı üçün Rusiya şirkətləri ilə razılaşmalar yekunlaşmaq üzrədir. İki ölkə arasında təbii qazın idxalına dair müqavilənin imzalanması istiqamətində ciddi irəliləyiş əldə olunub.
Nazir qeyd edib ki, bu əməkdaşlıq hər iki ölkənin enerji təhlükəsizliyi və iqtisadi maraqlarına xidmət edəcək. Hazırda texniki detalların dəqiqləşdirilməsi prosesi davam edir.