"İnter Mayami" klubu "Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Kazemironu transfer etmək üçün aktiv danışıqlar aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Florida təmsilçisi təcrübəli futbolçunu 2026-cı il "MLS" mövsümünün qalan hissəsi üçün azad agent kimi heyətinə qatmağı planlaşdırır.
34 yaşlı braziliyalı oyunçunun özü də Mayamidə yaşamaq və Lionel Messi ilə eyni komandada çıxış etmək fikrinə müsbət yanaşır.
Transferin reallaşması üçün bəzi detallar nəzərdən keçirilir:
Səudiyyə Ərəbistanı klublarının rəqabətinə baxmayaraq, Mayami təmsilçisi "MLS" qaydalarına uyğun olaraq maaş büdcəsini tənzimləmək üçün xüsusi razılaşma üzərində işləyir.
Klub rəhbərliyi Kazemironu 2028-ci ilə qədər komandada saxlamağa ümid edir.
Qeyd edək ki, Kazemiro 2026-cı ilin iyun ayında müqaviləsi başa çatdıqdan sonra "Mançester Yunayted"i azad agent kimi tərk edəcək.