"İnstagram"da dələduzluq edən şəxs saxlanılıb

"İnstagram"da dələduzluq edən şəxs saxlanılıb
14.03.2023 16:17
Aa
dəq

İnstaqram sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub. Onun instaqramda açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc pul isdədiyi müəyyən edilib. Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib. Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. Saxlanılan şəxs dələduzluq edən zaman zərərçəkənlərlə əsasən 055-460-50-04 və 070-827-50-50 mobil nömrəsi ilə əlaqə saxlayıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Firuddin Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Həftənin ən çox oxunanları

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ŞOK HADİSƏ - 15 yaşlı oğlan 18 yaşlı qızı bıçaqladı

Azərbaycanda ŞOK HADİSƏ - 15 yaşlı oğlan 18 yaşlı qızı bıçaqladı
DAVAMIN OXU davamın oxu

“Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs edilib

“Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs edilib
DAVAMIN OXU davamın oxu