Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev aprelin 17-də Antalyada Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət zamanı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.

-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrin inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub.

Ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib.

Maya Sandu vurğulayıb ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.

Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

İlham Əliyev aprelin 17-də Antalyada Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax