Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Esvatini Kralını təbrik etdi

2 dəq
Paylaş:
İlham Əliyev Esvatini Kralını təbrik etdi

Respublikasının Prezidenti İlham Əliyev Esvatininin III Msvatini təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə bildirilir:

"Əlahəzrət,

Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı formalaşmışdır. Cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü və apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə