Prezident İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Qeyd edək ki, 2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış konvensiya Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilib.