İki min manata avtomat satmaq istədi, saxlanıldı

İki min manata avtomat satmaq istədi, saxlanıldı
18.01.2024 11:35
Aa
dəq

Bərdədə 2000 manata silah satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənli Qalib Elbrus oğlu tutulub. Onun yaşadığı ünvandan 1 ədəd AK-103 markalı kalaşnikov avtomatı həmin silaha məxsus 1 ədəd daraq və 75 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, 44 günlük vətən müharibəsi zamanı həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib. O, silahı 2000 manata satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu