Hikmət Hacıyev: "Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir"

Hikmət Hacıyev: "Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir"
16.09.2023 10:36
Aa
dəq

Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib.

“Mən fərziyyələrə əsaslanan ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun addımlar atır. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik”, - Hikmət Hacıyev Azərbaycanın güc tətbiq edə biləcəyi ehtimalının olub-olmaması barədə sualı cavablandıraraq deyib.

Prezidentin köməkçisi, həmçinin Bakının İrəvanla dialoqa getmək üçün mümkün kompromislərə hazır olmasını şərh edərək qeyd edib ki, Azərbaycan tərəfi nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək: "Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycan rəhbərliyi ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir”.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu