İsrailin şimal hissəsi növbəti dəfə hədəfə alınıb: radikal "Hizbullah" qruplaşması əraziyə təxminən 80 raket atıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb. Bildirilib ki, bəzi raketlər ələ keçirilib, bir hissəsi isə açıq ərazidə partlayıb.
Qeyd olunub ki, Kiryat-Şmona şəhərində bir neçə raket hədəflərə dəyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali Lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb.
İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirən ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.