Hakim yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycana hansı üstünlüyü verir?

Hakim yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycana hansı üstünlüyü verir?
31.03.2023 10:59
Aa
dəq

Laçın rayonu ərazisində Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin və yardımçı yolların, Ermənistan sərhədboyu ərazinin nəzarətə götürülməsi bu müharibədən sonra həyata keçirilən ən əhəmiyyətli əməliyyatlardan biridir.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

“Biz yaxşı bilirik ki, ötən 2 il ərzində Azərbaycan ordusu Qarabağ və Zəngəzur ərazisində olduqca əhəmiyyətli strateji məntəqələri, xüsusən də, strateji və taktik məntəqələri nəzarətə götürərək öz hərbi taktika imkanlarını və bundan sonra gələcəkdə baş verə biləcək proseslərin uğurla davam etdirilməsi məqsədilə ciddi addımlar atıb”.

Ekspert bildirib ki, Cağazur və Zabux kəndləri ərazisində olan məntəqələrin də Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi ordumuzun Laçın rayonu ərazisindən keçməklə, Şuşa və Xankəndiyə istiqamətlənən yola nəzarət etməsi deməkdir. 

Son 2 il ərzində Azərbaycan dəfələrlə Qarabağ iqtisadi bölgəsinə yəni, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə silah və sursatların, hərbi təyinatlı vasitələrin daşınmasını həyata keçirdiyini bildirir. Azərbaycan tərəfi, mən də həmçinin dəfələrlə bu məsələ ilə bağlı fikirlərimizi səsləndirmişik. Çox təəsüf ki, bu problem olaraq qalırdı. Martın 5-də baş verən toqquşmadan sonra Azərbaycan artıq konkret olaraq öz mövqeyini bildirdi və rəsmi şəxslər bu məsələ ilə bağlı fikirlərini səsləndirdilər.

Bundan sonrakı proses isə təbii ki, yolda post patrul məntəqələrinin quraşdırılmasıdır ki, birmənalı olaraq Xankəndi istiqamətinə yönələn bütün nəqliyyat vasitələrinə və şəxslərin kimliyinə vizual baxış həyata keçirilməlidir.

Ekspert məlumat üçün onu da bildirib ki, Yeni Laçın yolu müharibədən, yəni 10 noyabr bəyanatından sonra çəkilən yoldur. Əvvəlki yol Laçın yolundan keçirdi, Yeni Laçın yolu isə gördüyünüz kimi Zabux və Cağazur kəndləri istiqamətindən keçməklə Xankəndinə yönəlir. Yəni bu mənada demək istəyirəm ki, Yeni Laçın yolu dedikdə bura nəzərdə tutulur. Laçın rayonu ərazisindən keçəndən sonra Şuşa rayonu ərazisinə daxil olan nəqliyyat vasitələri köhnə yoldan istifadə edirlər.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY
DAVAMIN OXU davamın oxu

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY
DAVAMIN OXU davamın oxu

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir
DAVAMIN OXU davamın oxu