Operativ Məlumat Mərkəzi

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

1 dəq
Paylaş:
Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

İyulun 16-da hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM""verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/HakimTest

Test imtahanı 2023-cü il iyulun 16-da iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər