Gürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub

Gürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub
23.02.2023 12:43
Aa
dəq

Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini ziyarət edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətinə xüsusi təyinatlıların hazırlıq prosesi haqqında ətraflı məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb. Gürcüstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Sonra HDQ-nin hərbi hissəsinə gələn gürcüstanlı nümayəndələr burada şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər.Nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə praktiki tanış olublar. Hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib. 

Daha sonra nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib. Qonaqlara dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu