Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya-Ermənistan yük qatarı Biləcəridən yola düşdü

1 dəq
Paylaş:
Rusiya-Ermənistan yük qatarı Biləcəridən yola düşdü

Bu gün ərazisindən keçməklə Ermənistana buğdası və propan daşıyan 10 vaqondan ibarət yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından düşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə