Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili 2025-ci il oktyabrın 4-də ölkədə hakimiyyəti devirmək cəhdinin Brüsseldən verilən "yaşıl işıqdan" sonra həyata keçirildiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Papuaşvili qeyd edib yazıb ki, Gürcüstan hakimiyyətinə qarşı zorakı aksiyaların qismən Avropa İttifaqının maliyyəsi hesabına təşkil edildiyi artıq hamıya aydındır.
“Məhz Brüsseldən verilən virtual "yaşıl işıqdan" sonra ötən il, oktyabrın 4-də hakimiyyəti devirmək üçün uğursuz cəhd edildi”, - parlament spikeri bildirib.
Papuaşvili bu açıqlamanı BMT yanında Avropa İttifaqının nümayəndəsi Mişel Servone d’Ursoun Gürcüstanda özbaşına həbslər və repressiyaların pislənməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən səsləndirib.
Parlamentin spikeri hesab edir ki, Aİ nümayəndəsinin açıqlamaları Brüsselin Gürcüstana münasibətdə siyasətinin dalana dirəndiyini bir daha göstərir.
"Brüssel müharibənin başa çatdığından xəbər tutmayan və hərbi əməliyyatlar planlaşdırmaqda davam edən əsgərə bənzəyir", - Papuaşvili yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanla münasibətləri normallaşdırmaq istəyirsə, aqressiv ritorikaya son qoymalıdır.